DİQQƏT: Bu tarixdə Rusiya və Ukrayna atəşkəs imzalayacaqbackend

DİQQƏT: Bu tarixdə Rusiya və Ukrayna atəşkəs imzalayacaq

9 may – Qələbə Günü yaxınlaşdıqca Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs məsələsi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Müharibənin uzanması, cəbhədə vəziyyətin gərgin qalması və diplomatik təmasların intensivləşməsi fonunda qısamüddətli də olsa atəşkəs ehtimalı müzakirə edilir.

Bəs 9 maya qədər tərəflər arasında real və davamlı atəşkəs əldə olunması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 9 mayla bağlı qısamüddətli atəşkəs ehtimalı istisna deyil.

Terrorçulari siyasi məhbus elan ediblər-Politoloq – Avropa.info

Onun sözlərinə görə, bu addım daha çox simvolik xarakter daşıya bilər:

“ABŞ və Rusiya prezidentlərinin telefon danışığında Rusiya-Ukrayna arasında 9 May – Qələbə Günü ilə bağlı atəşkəsin əldə olunması gözlənilir. Amma bu atəşkəs uzunmüddətli olmayacaq. Çünki Rusiya müharibəni davam etdirməkdə qərarlıdır. Bu səbəbdən atəşkəsin maksimum 24 saat davam etməsi mümkündür. Daha sonra Rusiya hücumlarını yenidən bərpa edəcək”.

Politoloq qeyd edib ki, tərəflər arasında keçirilən görüşlərdə də ciddi irəliləyiş əldə edilməyib və müharibə faktiki olaraq dalana dirənib.

“Xüsusilə Ukraynanın şərqində yerləşən Donbas istiqamətində vəziyyət gərgin olaraq qalır və tərəflər ciddi itkilər verir.

Bundan əvvəl də bayram günlərində qısa müddətli atəşkəs elan edilsə də, bu, uzunmüddətli sülhə gətirib çıxarmayıb.

Ukrayna tərəfi daim atəşkəsin tərəfdarı olduğunu bildirir. Çünki atəşkəsin təmin olunması danışıqlar prosesində müsbət irəliləyişlərə gətirib çıxaracaq. Əgər atəşkəs 10 gün davam etsə, bu, Moskva ilə Kiyev arasında müəyyən etimad mühitinin yaranmasına səbəb ola bilər”.

Beləliklə, 9 may ərəfəsində atəşkəs ehtimalı tam istisna olunmasa da, ekspert bunun daha çox qısamüddətli və simvolik xarakter daşıyacağını düşünür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*