“Fələstindəki mövcud vəziyyətə görə Avropa günahkardır” – İran XİNbackend

“Fələstindəki mövcud vəziyyətə görə Avropa günahkardır” - İran XİN

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Fələstindəki mövcud vəziyyətə görə Qərb ölkələrini günahlandırıb.

KONKRET.az xəbər verir ki, Abdollahian bu barədə Aİ diplomatiyasının rəhbəri Cozep Borrellə telefon danışığı zamanı bildirib.

“Əgər Avropa və Qərb Netanyahunun hərəkətlərini dayandırsaydı, bəlkə də Fələstin indi bu vəziyyətdə olmazdı”, –  İranın xarici işlər naziri deyib.

Öz növbəsində, Aİ-nin Netanyahunun davranışını tənqid etdiyini deyən Borrell, bununla belə, indiki mərhələdə sülhü təşviq etmək barədə düşünmək lazım olduğunu diqqətə çatdırıb.

Əmir-Abdollahian həmçinin Fələstin vətəndaşlarının, qadınların və uşaqların, xüsusən də Qəzza zolağının sakinlərinin qətliamının dərhal dayandırılması üçün qlobal səylərin zəruriliyini vurğulayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*