“Fənərbaxça” azarkeşlərin Putinə dəstək şüarlarına görə Ukraynadan ÜZR İSTƏMƏYƏCƏK – Ali Koç – VİDEObackend

Fənərbaxça” azarkeşlərin Putinə dəstək şüarlarına görə Ukraynadan ÜZR İSTƏMƏYƏCƏK - Ali Koç - VİDEO

““Fənərbaxça” azarkeşlərin Putinə dəstək şüarlarına görə Ukraynadan üzr istəməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Ali Koç deyib. O, Kiyev “Dinamo”su ilə oyunda Vladimir Putinin adını qışqıran azarkeşlərə görə üzr istəməyə hazırlaşmadığını bildirib.

Bununla belə, futbol klubunun və rəhbərliyinin şəxsi mövqeyi azarkeşlərinin haqsız mövqeyi ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Ukrayna Futbol Assosiasiyası (UAF) Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, Kiyev “Dinamo”su ilə oyunda “Fənərbağça” azarkeşləri ilə baş verən insidenti nəzərdən keçirməyə çağırıb.

Xatırladaq ki, iyulun 27-də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu zamanı İstanbuldakı Şükrü Saradjo “Fənərbağça” stadionunda ukraynalı futbolçuların ilk qolu vurmasından sonra Türkiyə komandasının azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar.

Xuraman Etibarlı,

KONKRET.az

  • garachanta
    İyul 30, 2022 - 19:01

    Putin Türklərin Düşmənidir!! Yaxşı Fikirləşin!1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*