Fətullah Gülən Türkiyədə basdırılacaq? – Dəfn yeri açıqlandıbackend

Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri açıqlandı

Ölüm xəbəri yayılan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin harada dəfn olunacağı açıqlanıb.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, təşkilatın keçmiş kəşfiyyat hesabatlarına əsasən Gülən Pensilvaniyada dəfn olunacaq.

Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.

Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, “qürbətçi məzarlıq” adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.

Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*