40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladıbackend

40 millət vəkili Qalibafa qarşı bəyanat imzaladı

Parlamentin tətilə çıxması və əyani iclaslarının keçirilməməsinə görə cavabdehlik daşıyan parlament sədri Məhəmməd Bağır Qalibafa qarşı yazılan bəyanata 40 millət vəkili qol çəkib.

KONKRET.az xəbər verir kİ, bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib.

O, imza kampaniyasının davam etdiyini və daha çox millət vəklinin bəyanatı imzalayacağını bildirib.

Qalibafın parlamentariləri tətilə yollamasının qanunsuz olduğunu iddia edən Qəzənfəri bəyanatı imzalayan millət vəkillərinin yaxın günlərdə parlament qarşısında oturaq aksiya keçirəcəklərini söyləyib.

Bu, cari həftədə sərt xətt tərəfdarı olan millət vəkillərinin parlament rəhbərliyinə qarşı ikinci bəyanatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*