Feysbuk Monte Melkonyanla bağlı qadağanı götürdübackend

Feysbuk Monte Melkonyanla bağlı qadağanı götürdü

Feysbuk əli azərbaycanlıların qanına bulaşmış erməni terorrçu Monte Melkonyanın şəkillərinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İT mütəxəssisi Samvel Ayrapetyan məlumat yayıb.

Onun sözlərinə görə, son illərdə Feysbuk azərbaycanlı istifadəçilərin şikayəti əsasında Birinci Qarabağ müharibəsinin “qəhrəmanının” fotolarını yerləşdirən istifadəçilərin profillərinə və səhifələrə girişə məhdudiyyətlər qoymuşdu.

Ayrapetyan deyib ki, hazırda vəziyyət dəyişib: səhifələr artıq bloklanmır, şəkillər silindiyi halda isə sosial şəbəkə administrasiyası onların çoxunu bərpa edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*