FHN Göyçaydakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB backend

FHN Göyçaydakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB 

Göyçay şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvarın altında dayanan “VAZ” markalı minik avtomobilinin salonu yanıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Göyçay şəhərində yanğın hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə bu gün saat 18:00 radələrində Göyçay şəhərinin İbrahim Göyçaylı küçəsində yerləşən iki mərtəbəli evdə yanğın hadisəsi baş verib. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*