FIDE reytinq cədvəlini açıqladı – Onluqda bir azərbaycanlı varbackend

FIDE reytinq cədvəlini açıqladı - Onluqda bir azərbaycanlı var

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü il aprel ayının reytinq cədvəlini açıqlayıb.

KONKRET.az xəbər verir ki, cədvələ əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir.
100 nəfəri əhatə edən siyahıda 5 Azərbaycan təmsilçisi yer alıb.

Onlardan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 2747 xalla 10-cu yerdədir. Digər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə 2740 xalla 16-cı yerdədir.

Həmçinin Arkadiy Naydiç 2676 xal toplayaraq 60 yerdə, Qədir Hüseynov 2661 xalla 79-cu, Rauf Məmmədov isə 2646 xalla 98-ci pillədə qərarlaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*