İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sürix” və “Qarabağ”la qarşılaşır.
KONKRET.az xəbər verir ki, oyunu izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da var.
Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir – 1:0.
20:13
FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün keçiriləcək “Sürix” – “Qarabağ” cavab oyununu canlı izləyəcək.
KONKRET.az xəbər verir ki, isveçrəli qurum rəhbəri matça İsveçrədəki “Letsiqrund” stadionundan baxacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
