“Mançester Yunayted” “Brayton”u penaltilər seriyasında 7:6 hesabı ilə məğlub edərək, İngiltərə kubokunun finalına yüksəlib.
KONKRET.az xəbər verir ki, matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb.
Finalda “Mançester Yunayted” yarımfinalda “Şeffild Yunayted”i 3:0 hesabı ilə məğlub edən “Mançester Siti” ilə qarşılaşacaq.
Final iyunun 3-də “Uembli” stadionunda keçiriləcək.
