UEFA Konfrans Liqasının finalında baş tutan “Fiorentina” – “Vest Hem” görüşündə qalmaqallı anlar yaşanıb.
KONKRET.az xəbər verir ki, qarşılaşmanın 33-cü dəqiqəsində İngiltərə klubunun azarkeşləri meydana yad əşyalar atıb.
Əşyalardan biri “Fiorentina”nın kapitanı Kristiano Biraqinin başına dəyib. Futbolçunun başı yarılıb və həkimlərin müdaxiləsindən sonra o, meydana qayıdıb.


