Finlandiya Rusiya ilə quru sərhədlərini bağlı saxladıbackend

Finlandiya Rusiya ilə quru sərhədlərini bağlı saxladı

Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə quru sərhəddə avtomobil keçid məntəqələrinin bağlanmasının müddətini fevralın 11-dək uzatmaq qərarına gəlib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Şərq sərhədinin bağlanması fevralın 11-dək davam edəcək.

Finlandiya ilə Rusiya arasında quru sərhəddə yerləşən keçid məntəqələrində beynəlxalq mühafizə üçün ərizə təqdim etmək imkanı yoxdur. Finlandiya hökuməti Rusiyanın sərhədyanı ərazilərində vəziyyəti mütəmadi olaraq qiymətləndirəcək. Əvvəllər Finlandiya Nazirlər Kabineti 2023-cü il noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrinin bağlanması barədə qərar qəbul etmişdi. Lakin üçüncü ölkələrdən miqrantların yenidən axını ilə əlaqədar dekabrın 15-də sərhəd yenidən bağlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*