Finlandiya sabah NATO-nun 31-ci ÜZVÜ OLACAQbackend

Finlandiya sabah NATO-nun 31-ci ÜZVÜ OLACAQ

Finlandiya sabah NATO-ya üzv olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq aprelin 3-də Yle tərəfindən yayımlanan mətbuat konfransında bildirib. O bildirib ki, aprelin 4-də Finlandiya rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü olacaq.

“NATO ölkələrinin xarici işlər nazirlərinin aprelin 4-5-də görüşü keçiriləcək. Görüşdə Ukraynaya dəstək üçün çoxillik proqramın hazırlanmasına başlamaq barədə razılığa gəlinəcək”, – baş katib deyib.

O əlavə edib ki, sabah Finlandiyanın müdafiə alyansına qəbulu xüsusi mərasimlə qeyd olunacaq.

“Bu, tarixi həftədir. Sabah biz Finlandiyanı NATO-nun 31-ci üzvü kimi qarşılayacağıq. Biz burada, NATO-nun mənzil-qərargahında ilk dəfə Finlandiya bayrağını qaldıracağıq. Bu, Finlandiyanı daha təhlükəsiz edəcək və həmçinin İsveçi də qoruyacaq”, – deyə Stoltenberq bildirib.

O qeyd edib ki, aprelin 4-də Finlandiya Alyansın “tam hüquqlu üzvü” olacaq və NATO-da “tam imkanlar” əldə edəcək.

Finlandiyanın xarici işlər naziri Pekki Haavisto aprelin 1-də ölkənin bir neçə həftə ərzində rəsmi olaraq bloka qoşulacağını proqnozlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*