Finlandiya Prezidenti Sauli Niinistö və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı bu gün baş tutub.
Prezident Niinistö Finlandiyanın yaxın günlərdə NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb.
Danışıq zamanı Prezident Niinistö Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində insanların çəkdiyi əzablardan dərin narahatlığını bir daha bəyan edib.
Rusiya Prezidenti Vladimir Putin isə telefon danışığında Ukrayna ilə danışıqların faktiki olaraq dayandırıldığını bildirib.
“Kiyev ciddi və konstruktiv dialoqda maraqlı deyil”, – deyə Putin bildirib.
Xuraman Etibarlı,
KONKRET.az