“Formula-1” təqvimi dəyişdibackend

“Formula-1” təqvimi dəyişdi

“Formula-1”in Strateji İşçi Qrupu və Komissiyası təqvimdə dəyişiklik edib.

KONKRET.az-ın məlumatına görə, məcburi yay fasiləsi yaza keçirilib.

Daim avqustda iki həftə istirahət edən komandalar bazalarını da bağlayırdı. Bu dəfə koronavirus pandemiyasına görə fasilə mart-aprel aylarına təsadüf edəcək və 3 həftə sürəcək.

Pandemiya səbəbindən Avstraliya, Çin, Vyetnam və Bəhreyn yürüşlərini təxirə salan “Formula-1”in Niderland, İspaniya və Monako mərhələsinin taleyi sual altındadır. Mayın 24-də start götürməsi planlaşdırılan yarışın dekabrın 20-dək davam etməsi və 18 mərhələdən ibarət olması nəzərdə tutulub.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*