Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatdıbackend

Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatdı

Fransada ötən ay həbsxanalardakı məhbusların sayı rekord həddə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhbusların sayı noyabrın əvvəlinə 75,1 min nəfərə çatıb ki, bu da ölkə üçün rekord sayıla bilər.

Əvvəlki rekord bu ilin iyulunda qeydə alınıb. O zaman Ədliyyə Nazirliyi həbsdə cəza çəkən və ya məhkəmənin qərarını gözləyən məhbusların sayının 74,5 min olduğunu açıqlayıb.

Bununla da respublikanın penitensiar müəssisələrinin doluluğu 123,2%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*