Fransa millisi yarımfinala kimi cəmi üç qol vurubbackend

Fransa millisi yarımfinala kimi cəmi üç qol vurub

Fransa millisi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında maraqlı statistikaya imza atıb.

KONKRET.az xəbər verir ki, Avro-2024-də 5 oyun keçirən Didye Deşamın komandası cəmi 3 qolla yadda qalıb. Bu toplardan ikisi isə avtoqol kimi qeydə alınıb.

Turnirin qrup mərhələsində 2 qol vuran fransızlar Avstriya ilə matçda (1:0) avtoqol hesabına qalib gəliblər. Yığma 1/8 final mərhələsində Belçikanı da eyni ssenari ilə məğlub edib.

Qeyd edək ki, Fransa millisi 1/4 finalda əsas və əlavə vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında Portuqaliyaya 5:3 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*