Fransa və İspaniya Fələstinə yardımın dayandırılmasına qarşı ÇIXDIbackend

Fransa və İspaniya Fələstinə yardımın dayandırılmasına qarşı ÇIXDI

Hökumət AB-nin Fələstinə yardımının dayandırılması təklifinə qarşıdır.

KONKRET.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez deyib.

“Bu əməkdaşlıq davam etməlidir, biz Aİ-nin terrorçu qruplar siyahısında olan HƏMAS-ı Fələstin əhalisi, Fələstin Administrasiyası və ya yerdəki BMT təşkilatları ilə qarışdıra bilmərik”, – Albarez bildirib.

Nazir qeyd edib ki, Fələstinin yaxın gələcəkdə daha çox yardıma ehtiyacı olacaq.

Albarezin fikirlərini Fransa Xarici İşlər Nazirliyi də dəstəkləyib və bu gün səhər saatlarında bəyanat yayıb: “Biz Fələstin xalqına birbaşa fayda verən yardımın dayandırılmasını dəstəkləmirik və bunu dünən Avropa Komissiyasına bildirdik”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*