Fransada ilk: Əks-kəşfiyyata qadın rəhbər təyin edildibackend

Fransada ilk: Əks-kəşfiyyata qadın rəhbər təyin edildi

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkə hesabında məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, – o yazıb.

Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*