Fransada MAKRON MƏRHƏLƏSİ – Rəsmi Parisin iyrənc siyasi mənzərəsi – ANALİZbackend

Fransada MAKRON MƏRHƏLƏSİ – Rəsmi Parisin iyrənc siyasi mənzərəsi - ANALİZ

Siyasi kommunikasiya sistemində Emanuel Makron vasitəçiliyi yeni tendensiyadır. Artıq nəinki Azərbaycanda, eləcə də bütün dünyada bu tendensiya ciddi müzakirə olunur. Bu termin ona görə universal sayıla bilər ki, o, təkcə inkişaf etmiş demokratik dövlətlərdə deyil, həm də dünyanın bütün başqa ölkələrində gedən proseslərə təsir edir. Bu konsepsiyanın əsas ideyası ondan ibarətdir ki, siyasi aktorların, hadisələrin və müzakirələrin vasitəçiliyi zamanı şəxsi baxışlar dövlətinin illərdir formalaşmış alt qatlı, ənənəsi olan siyasi münasibətlər sisteminə soxuşdurulur. Məsələn, Fransada idarəçilikdə ailə-məişət məsələləri siyasi reklam kimi istifadə edilməyib. Amma Makron bu məsələdə əsl “peşəkarlıq” nümayiş etdirə bilib. Onun təcəssümü bu baxımdan paradoksal səviyyəyə çatıb: həyat yoldaşının sözlərinə görə, “hamısını maraqlandıran əsas şey mənim yaşımdır”.

Bu isə ona gətirib çıxarır ki, Fransa prezidentinin şəxsi həyatı onun siyasi fəaliyyətinin əsas hərəkətverici amillərindən birinə çevrilib. Bu isə dövlətlərarası münasibətlərdə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində siyasi vasitəçiliyi son nəticədə ənənəvilikdən çıxarır. Doğrudur, Fransa siyasətində erməni lobbisinin təsiri danılmazdır. Amma unutmaq lazım deyil ki, Fransada Ermənistan isqitaməti əsas götürülmür. Makron fəaliyyətində erməni lobbiçiliyi yalnız Türkiyənin daxili işlərinə və Cənubi Qafqaz regionuna burun soxmaq və burada möhkəmlənmək üçün lazımdır. Amma Yaxın və Orta Şərq siyasətində, eləcə də NATO-dan kənar meydanda lobbiçilik institutunun mexanizmi ikinci dərəcəli olur.

Makronlu Fransa vasitəçi ölkə səviyyəsindən kənara çıxmayaraq indi Avropada ümumdünya proseslərinə mənfi təsir göstərməklə şər imici qazanır. Makron və həyat yoldaşında fərdiçilik Qərb dəyərlərini məhv etməklə öz müttəfiqləri üçün əhəmiyyətini itirir, eləcə də Ermənistanın ümidi olan dövlət kimi nüfuzu alt-üst olur. Artıq özündən olduqca yaşlı olan həyat yoldaşının təsirləri ilə Fransa Avropa dəyərlərinə meydan oxuyur:

  • 1) hakimiyyətin prezidentləşdirilməsi və ya idarəçilikdə bir ailənin dominantlaşması;
  • 2) Həyat yoldaşına konsentrasiya, yəni səlahiyyətli dövlət idarəçiliyi üçün zəruri olan liderlik keyfiyyətləri və bacarıqlarından imtina
  • 3) şəxsi həyatın siyasiləşdirilməsi. Yəni şəxsi həyatın təbliğində Makronun ailəsevər xüsusiyyətlərinə önəm verilir, bütün siyasi qərarlarda yeni siyasi ideologiya kimi “zövqsüz və yaşlı qadına cavan ər tərəfindən rəhm etmək” kimi fransızsayağı “insani” keyfiyyət şərh edilir. Bu baxımdan dünya siyasətində Makronun adı beynəlxalq münasibətlər və real problemlərdən daha çox “cütlüyün fotoqalareyaları” müəllifi kimi çəkilir. Amma bu prosesi Fransada Makron mərhələsi adlandırmaq da olar. Çünki siyasətə bu cür yanaşma dövlət maraqlarını qorumaq üçün daha az səy tələb edir. Yəni Makrondan tələb olunan, ziddiyyətli maraqların həlli üçün strateji baxış və zəhmət deyil, vizual görüntü və artistlikdir. O, bununla müasir siyasətçilərə də təsir göstərir. Nə qədər acı da olsa, Ukrayna xalqının maraqlarını qoruyan Zelenski nümunəsi buna misaldır. Aktyor siyasi səhnədə bu rolu daha yaxşı oynayır.

Bu baxımdan, Makron vasitəçiliyi dəfələrlə ciddi müzakirələrin səviyyəsinin aşağı düşməsinə səbəb olub, populist qərarların qəbul edilməsinə və prioritet olmayan mövzularda, çox vaxt isə absurd mövzularda resursların israf edilməsinə gətirib çıxarıb. Artıq Fransanın beyin mərkəzlərində bu məsələlər xüsusilə aktualdır. Çünki onlar üçün “demokratiya xarici siyasətdə yeganə siyasi sistemin formasıdır”.

Elə ona görədir ki, Emanuel və qarısı vətəndaşlarla sıx əlaqə saxlamaqda çətinlik çəkir, dediyimiz kimi demokratik dəyərlərə üz çevirərək Avropanın siyasi sistemini kökündən dəyişməyə cəhd etməklə Fransanın iyrənc siyasi mənzərəsini yaradır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*