Fransalı qapıçı Azərbaycanda oynamağa razılıq verdibackend

Fransalı qapıçı Azərbaycanda oynamağa razılıq verdi

Yeni mövsümə hazırlaşan “Qəbələ” qapıçı axtarışını davam etdirir.

KONKRET.az xəbər verir ki, bölgə təmsilçisinin transfer siyahısında yer alan daha bir qolkiperin adı bəlli olub.

“Qırmızı-qaralar” hazırda klubsuz olan Ceremi Vaşouksun xidmətində maraqlıdır. “Sent-Etyen”in yetirməsi olan fransalı qapıçı “Lans”, “Orlean”, “Dunkerk”, “Karabobob”da da forma geyinib.

29 yaşlı qapıçı Azərbaycanda oynamağa razılıq verib. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdıra bilsə, Ceremi yaxın günlərdə “Qəbələ”yə qoşulacaq.

Qeyd edək ki, Qəbələnin eyniadlı təmsilçisi gələn həftə Konfrans Liqasında mübarizəyə başlayacaq.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*