“ATƏT-in “Minsk qrupu” mövcuddur”.
KONKRET.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo Ermənistan sərhədində Aİ müşahidəçilərinin missiyası ilə bağlı məsələni şərh edərkən deyib.
O bildirib ki, Aİ-nin Ermənistandakı missiyasının vəzifəsi sərhəd zonasında sabitliyi təşviq etmək, orada sülh atmosferi yaratmaq və Aİ-nin vasitəçilik səylərini dəstəkləməkdir.
“Aİ Azərbaycanın Ermənistana qarşı hərəkətlərini pisləyir.
Bu missiya heç kimə qarşı yönəlməyib. Məqsədi regionda sülh və sabitliyin bərqərar olmasıdır. ATƏT-in “Minsk qrupu” hələ buraxılmayıb, mövcuddur, sadəcə birlikdə işləmirlər, yəni üç həmsədr birlikdə işləmir. Amma “Minsk qrupu”nun həmsədrləri kimi bizim missiyamız həmişə oradadır. Bu o deməkdir ki, “Minsk qrupu” Qarabağ məsələsi üzərində işləməyə davam edir”, – deyə Luyo sərsəmləyib.
P.S. ATƏT-in “Minsk qrupu” çoxdan ölüb, gorbagor olub. Bunu Amerika da, Rusiya da təsdiqləyir. Fransa isə “tutduğunu buraxmır”, çünki kordur, görmək istəmir.
Xuraman Etibarlı,
KONKRET.az
