Fransanın İrəvandakı səfirliyi vətəndaşlarına Azərbaycanla həmsərhəd rayonlara getməməyi TÖVSİYƏ ETDİbackend

Fransanın İrəvandakı səfirliyi vətəndaşlarına Azərbaycanla həmsərhəd rayonlara getməməyi TÖVSİYƏ ETDİ

Fransa səfirliyi öz vətəndaşlarına Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına səfərdən çəkinməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, Fransa səfirliyi öz vətəndaşlarına mümkün yeni hərbi eskalasiya ilə əlaqədar Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına səfər etməkdən çəkinməyi tövsiyə edir.

“Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş verən toqquşmalarla əlaqədar olaraq Ermənistanın Azərbaycanla həmsərhəd rayonları, o cümlədən Naxçıvan istiqaməti, Dilican (Tavuş), Göyçə (Qeqarkunik), Dərələyəz (Vayots Dzor) və Zəngəzur (Sünik) rayonları, Zəngibasarın Yerasx kəndi (Ararat), həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsinə gedən yol risk altındadır və adıçəkilən yerlərə səfər etmək qətiyyən tövsiyə edilmir”, – deyə bəyanatda deyilir.

Bundan əvvəl qeyd etdiyimiz kimi, ABŞ-ın Ermənistan Respublikasındakı səfirliyi də bəzi ərazilərin xüsusilə təhlükəli olduğunu bildirərək, öz vətəndaşlarını silahlı münaqişə ilə əlaqədar ehtiyatlı olmağa çağırıb. Beş bölgəyə və Qarabağa səyahət qadağan edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*