“Prezident Emanuel Makronun mövqeyi təsadüfi, yaxud təəccüblü deyil. Bu, Fransada fəaliyyət göstərən erməni lobbisi qarşısında qorxudan irəli gələn refleksdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Fransanın tanınmış rəssamı Renaud Baltzinger deyib.
O həmçinin ermənilərin Makrona güclü təzyiq göstərmələri ilə bağlı faktı da hiddətlə ifadə edib:
“Bu gənc prezidentin vəzifəyə təyin olunduğu gündən bəri səriştəsizliyinin şahidiyik. Makronun ən böyük yanlışı isə odur ki, Azərbaycanın, Dağlıq Qarabağın tarixini bilmir”.
“Azərbaycanlı dostlarım fransız xalqının, o cümlədən mənim dəstəyimdən əmin olsunlar. Ürəyim Azərbaycanla döyünür. Səni Sevirəm, Azərbaycan!” – rəssam azırbaycanlılara səslənib.
