Fransanın əfsanəvi futbolçularından Cibril Sisse “Dijon” klubu ilə müqavilə imzalayaraq futbola qayıdacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Yaxın zamanlarda Sissenin transferinin rəsmiləşəcəyi bildirilib.
Qeyd edək ki, 2019-cu ilin yayında karyerasını bitirən 39 yaşlı Sisse bir qədər əvvəl Fransa çempionatında 100 qol səddini aşmaq üçün futbola qayıtmaq istədiyini açıqlamışdı.
O, Fransa Liqasında 96 qol vurub.
