Amerikalı futbolçu Aleks Kollinz 28 yaşında yol qəzasında dünyasını dəyişib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının Fort-Loderdeyl şəhərində motosikleti ilə gedən Kollinz ciplə toqquşub.
Toqquşmanın şiddəti ilə avtomobilin arxa qapısının şüşəsindən içəri girən futbolçu hadisə yerində həyatını itirib.
Qeyd edək ki, o, “Sietl Sixoks” və “Baltimor Reyvens” komandalarında çıxış edib.
İqbal Rzayev,
KONKRET.az
