Futzal millimiz bu gün dünya çempionatında ikinci oyununu keçirəcəkbackend

Futzal millimiz bu gün dünya çempionatında ikinci oyununu keçirəcək

Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, yığma Niderland ilə üz-üzə gələcək.

A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olan Vitali Borisovun yetirmələri bu rəqibini Bakı İdman Sarayında sınağa çəkəcəklər.

Kiprli hakimlərin idarə edəcəyi qarşılaşma saat 18:30-da start götürəcək.

Dünya çempionatı, elit mərhələ

A qrupu, II tur
20 sentyabr
18:30. Azərbaycan – Niderland
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr).
Hakim-inspektor: Sebastian Stauiçki (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail).
Bakı İdman Sarayı

Qeyd edək ki, Niderland yığması I turda öz meydanında Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*