
Tanınmış jurnalist və teleaparıcı Vüsal Məmmədov əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə şeir həsr edib.
KONKRET.az oxucuların böyük marağına səbəb olan həmin şeiri təqdim edir:
AYEBE, AYEBE
Ayıb e, ayıb e!
Dərsə niyə gəlməmisən?
Qayıb e, qayıb e!
Bir əlim qələmdə, bir əlim kələmdə
Sən öküzsənsə, mən də kələm də
Kələm, kal deyiləm,
Dinirəm, lal deyiləm.
Qabağam, dal deyiləm,
Qanıram, mal deyiləm.
Malı qatdılar mala
Malalaya-malalaya
Mala-mala, bala-bala
Əvvəl qabağa, sonra dala.
Dal da qabaqdır, qabaq da daldır
Bal da zəhərdir, zəhər də baldır.
Biri ilandan çıxır, biri arıdan
Gözüm yol çəkir sən sarıdan.
İlan, arı
Mən inildəyim, sən zarı!
Mən sazı götürüm, sən tarı
Gedək buradan çala-çala
Bala-bala.
Gedək, burada qala-qala.
Əvvəl tüpür, sonra yala!
Xatırladaq ki, Elza Seyidcahana Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsi bu gün birliyinin birinci katibi, yazıçı Çingiz Abdullayev tərəfindən təqdim olunub.
KONKRET.az

Rüsvayizm- yəni rüsvayçılıq.
AYB də belə getdi, çala çala
Elzalar gedir qabağa, ayb isə dala dala…
Heyif səndən Azərbaycan!
Bütün sistem bu gündədir vallah.Ölkədə bir müddətdir, elə şeylərlə qarşılaşırıq ki, sabah Elza Seyidcahan Milli Məclisin sədri olsa buna təəcüblənmək lazım deyil.Qazanın kəfini yeyən Elza indi AYP üzvüdür.
Adə bu indi oradakı …məxluqlara konsert verəcək? Amma brşelə baxands getdi yerini tapdı
Buda onların tauıdır
Onlarda bunun tayıdır
Onlar bunun payıdır
Bu onların payıdır
Axtarşrıdı bostan konsert verə
Tapdı bostan konsert versin
Bostan əhli əl çalaca
Xiyor pomidoru başına taxı
Pəncərədən baxacaq!!!!!