Gəmi qəzaya uğradı: Bir nəfər öldübackend

Gəmi qəzaya uğradı: Bir nəfər öldü

Rusiyanın Novorossiysk limanı yaxınlığında “Seamark” quru yük gəmisi fırtına zamanı qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyi (Росморречфлот) məlumat yayıb.

Qeyd olunub ki, Komor adaları bayrağı altında üzən gəminin ekipajı 11 nəfərdən ibarət olub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə əlavə olunub ki, xilasetmə əməliyyatı zamanı ekipaj üzvlərindən 1 nəfərin öldüyü, 1 nəfərin isə ağır xəsarətlər alması aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*