Gəncə Dövlət Filarmoniyasının binası çökür – Təhlükə ilə bağlı xəbərdarlıqbackend

Gəncə Dövlət Filarmoniyasının binası çökür - Təhlükə ilə bağlı xəbərdarlıq

Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib.

KONKRET.az Teleqraf.com-a istinadən xəbər verir ki, mədəniyyət ocağının bünövrəsində çökmə müşahidə olunur.

Çatlar daha çox binanın arxa hissəsində yaranıb.

Təhlükəli vəziyyətlə əlaqədar filarmoniya yaxınlığında avtomobillərin saxlanılması qadağan edilib.

Eyni zamanda, Gəncə Dövlət Filarmoniyasının sərgilər təşkil olunan “Urban” Mərkəzinin binasının içərisində və çölündə də dərin çatlar əmələ gəlib. Bu bina filarmoniyaya bitişikdir.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının təməli 2012-ci ildə qoyulub. İnşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb və bina istifadəyə verilib.

Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada 1 200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və bir VIP loja yerləşir. Filarmoniyada kitab satışı da həyata keçirilir. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub.

Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi iki min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*