Artıq müharibə başladı – Klensibackend

Artıq müharibə başladı – Klensi

Təqaüddə olan Kanada Hərbi Hava Qüvvələrinin general-mayoru Skott Klensi alyansın Rusiya ilə açıq silahlı qarşıdurmaya hazır olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Ukrinform”a açıqlamasında danışıb.

“Düşünürəm ki, NATO artıq Rusiya ilə müharibə vəziyyətindədir. Hətta müharibə başlayıb. Lakin alyans bu müharibənin açıq silahlı münaqişəyə çevrilməsini istəmir, çünki buna hazır deyil”, – deyə Klensi qeyd edib.

Bundan əvvəl Rusiya tərəfi NATO ölkələrinin Rusiyanın şimal-qərb bölgələrinə nəzarəti ələ keçirməyi planlaşdırdığını iddia edib. Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev alyansın mümkün planlarından danışaraq Polşanı NATO daxilində anti-Rusiya ritorikasının önündə gedən ölkələrdən biri kimi göstərib.

Qeyd edək ki, NATO-nun Rusiya ərazisinin şimal-qərbinə nəzarəti ələ keçirməyi planlaşdırdığı barədə iddialar Rusiya tərəfinin açıqlamalarına əsaslanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*