İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdibackend

İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi

İspaniya Kral Futbol Federasiyası (RFEF) kişilərdən ibarət milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini 2030-cu ilədək uzadıb.

KONKRET.az bildirir ki, bu barədə “AS” qəzeti RFEF prezidenti Rafael Lusana istinadən xəbər verir.

Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilədək nəzərdə tutulmuşdu.

De la Fuentenin 65 yaşı var. O, 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında yığma dünya çempionatının, Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*