Gəncə şəhər sakini 15 yaşlı uşağın əlində qumbara partlayıb.
KONKRET.az xəbər verir ki, Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.
Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib, yeniyetmə aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib.//APA
