Gəncədə 24 yaşlı gənc özünə bıçaq xəsarəti yetirbackend

Gəncədə 24 yaşlı gənc özünə bıçaq xəsarəti yetirdi

Gəncə şəhərində yerli sakin özünə bıçaq xəsarəti yetirib.

KONKRET.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 24 yaşlı Nail Əliyev bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, dəqiq məlum olmasa da yaxınlarının bildirdiyinə görə, o, ailədaxili mübahisə zəminində əsəblərinə hakim ola bilmədiyindən özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*