Gəncədə Sevinc qəsəbəsinda baş verən partlayış nəticəsində xasarət alanların son durumu bəlli olub.
KONKRET.az bildirir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir” deyə məlumatda bildirilib.
Xatırladaq ki, Gəncə şəhərinin Sevil qəsəbəsində fəhlələr tərəfindən qazıntı işləri aparılan zaman partlayış baş verib.
