Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi İnstagram səhifəsində coğrafi baxımdan ciddi yanlışlığa yol verilib.
KONKRET.az xəbər verir ki, nazirliyin sosial şəbəkə hesabında Çolpan-Ata şəhəri səhvən Qırğızıstanın paytaxtı kimi qeyd edilib.
Qırğızıstan paytaxtının Bişkek şəhəri olduğunu sıradan bir məktəblinin belə bildiyi halda, Gənclər və İdman Nazirliyinin rəsmi səhifəsində elementar coğrafi səhvin buraxılması başadüşülən deyil.

Natiq Səlim,
KONKRET.az
