General Balakişi Ərəblinskinin nəticəsi qəzada ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a Zaqatalada yaşayan Ərəblinskilər ailəsindən məlumat verilib.
Bildirilib ki, Vahid Ərəblinski bu gün Goranboy rayonu ərazisində baş verən avtomobil qəzasında həyatını itirib.
Qeyd edək ki, V.Ərəblinski müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olub.

