General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıbbackend

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

  • Tshir
    Noyabr 16, 2021 - 12:22

    Sanki bunlar nə vaxtsa partladılmış hərbi texnikanın yanında şəkil çəkdirirlər. Bu üç nəfərin üst başından, sir sifətlərindən qətiyyən partlayışdan çıxanın əlamətləri əsla yoxdu. Niyə bu Hikmət Həsənovun hər addımı, hərəkəti, davranışları müəmma və şübhələrlə paralel müşayət olunur?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*