Google işçilərini ixtisar edəcəkbackend

Google işçilərini ixtisar edəcək

Google Alphabet Inc. xərcləri azaltmaq üçün rəqəmsal köməkçi və mühəndislik qruplarında çalışan yüzlərlə işçini ixtisar edir.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

“2023-cü ilin ikinci yarısı ərzində bir sıra komandalarımız daha səmərəli olmaq və daha yaxşı işləmək və resurslarını ən yüksək prioritet məhsullara yönəltmək üçün dəyişikliklər etdi. Bəzi komandalar oxşar funskiyanı yerinə yetirdiyi üçün ixtisarlara ehtiyac yaranıb”, – Google-un açıqlamasında bildirib.

Qeyd edək ki, Google 2023-cü ilin yanvar ayında 12,000 iş yerini – ümumi işçi qüvvəsinin 6%-dən çoxunu ixtisar edəcəyini bildirib. Şirkət işə qəbul, xəbər məhsulları və “Waze” xəritə tətbiqində komandalardakı ixtisarlar da daxil olmaqla, il ərzində daha kiçik ixtisarlar etməyə davam edib.

“Komanda üzvlərimiz istifadəçilərimiz üçün əla məhsullar yaratmaq üçün hər gün çox çalışırlar və şirkət hər rüb milyardlar qazanır. Ona görə də işçilərin ixtisarı davamlı olmamalıdır”, – deyə həmkarlar ittifaqından bildirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*