Google rəhbərliyi dekabrın sonunda işçilərin sayının azaldılması ilə bağlı yayılan məlumatı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Biznesin inkişafı üzrə direktor Philipp Schindler daxili memorandumda şirkətin reklam satış qrupundan yüzlərlə işçini ixtisar etmək məcburiyyətində qaldığını elan edib.
“İşçilərin bir hissəsi şirkətdən ayrılacaq, bəziləri isə başqa vəzifələrə keçəcək. Çünki onların vəzifələri artıq süni intellekt tərəfindən yerinə yetiriləcək”, – deyə Philipp Schindler bildirib.
Burhan,
KONKRET.az
