Növbəti iki gün hava çox isti olacaqbackend

Növbəti iki gün hava çox isti olacaq

İyunun 19-da və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi ayın 20-si gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 32-37 dərəcə isti olacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, iyunun 19-da və 20-də əksər rayonlarda da havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə 20-25, bəzi yerlərdə 27-30 dərəcə isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*