Minaya düşən şəxslə bağlı RƏSMİ AÇIQLAMA / YENİLƏNİBbackend

Minaya düşən şəxslə bağlı RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

21:31

Goranboy sakini minaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*