Göyçayda güclü külək və leysan ciddi fəsadlar törətdi – FOTOLARbackend

Göyçayda güclü külək və leysan ciddi fəsadlar törətdi – FOTOLAR

Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlar törədib.

KONKRET.az “report”a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Bundan başqa güclü külək Yeniarx kəndini işıqsız qoyub. Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib.

Eyni zamanda bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın aşmasından zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

b 72b 73b 74b 75b 76b 77b 78b 79b 80

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*