Göygöldə avtomobil 12 yaşlı oğlanı vuraraq xəsarət yetirdibackend

Göygöldə avtomobil 12 yaşlı oğlanı vuraraq xəsarət yetirdi

Göygöl rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bənövşəli kəndində qeydə alınıb.

Belə ki, avtomobil 12 yaşlı E.Alışanovu vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*