Güclü sel evi belə apardı – VİDEObackend

Güclü sel evi belə apardı - VİDEO

Norveçin cənubunda yağan leysan yağışları dağlıq bölgələrdə torpaq sürüşmələri və daşqınlara səbəb olub. Ölkənin cənubundakı Hemsedal şəhərində sel evi aparıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, üzən evin videosu hadisə şahidləri tərəfindən lentə alınıb.

Məlumata görə, sel Qlomma çayı üzərindəki “Braskereidfoss” su elektrik stansiyasının bəndini qismən dağıdıb.

Hadisədən sonra torpaq sürüşmələri başlayıb, minlərlə insan su basan ərazidən təxliyə edilib. Ölənlər barədə hələ ki, məlumat yoxdur.

Norveçin üçüncü böyük şəhəri olan Oslo ilə Trondheim arasındakı bütün əsas yollar bağlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*