Bu gün Şirak bölgəsinin Gümri şəhərində zibil qutusunda qumbara və silah barədə 911 xidmətinə məlumat daxil olub. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, şəhərin Qorki küçəsindəki zibil qutusunda qumbara tapılıb və buna görə xilasedicilərin köməyinə ehtiyac var.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazirliyin regional xilasetmə şöbəsinin yanğın-xilasetmə bölməsinin döyüş qrupu hadisə yerinə yollanıb. Hələlik partlayıcı maddənin zibil qutusuna yerləşdirilməsi haqqında əlavə açıqlamalar verilmir.
Fadil PAŞAYEV
