Gündə 12 saat oturanlar oxusunbackend

Gündə 12 saat oturanlar oxusun

ABŞ alimlərinin apardığı təcrübə göstərib ki, insan gündə 12 saat oturursa, gündə 7400 addım atmaq belə ürək-damar xəstəlikləri riskini azaltmır.

KONKRET.az təcrübədə könüllülər təxminən 4 il ərzində fitnes qolbaqları taxıblar. Nəticədə məlum olub ki, əgər insan günün böyük hissəsini hərəkətsiz keçirirsə, yüksək addım sayı işemik ürək xəstəliyi və ürək çatışmazlığı riskindən sığortalamır.

Alimlərin fikrincə, oturaq həyat tərzi ayrı bir risk faktorudur və onu sadəcə gəzinti ilə ört-basdır etmək mümkün deyil. Ürək sağlamlığı üçün həm normanı yerimək, həm də ümumi hərəkətsiz qalma müddətini azaltmaq, iş zamanı mütəmadi fasilələr etmək vacibdir. (Axşam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*