Gürcüstan parlamenti həmin qanunu qəbul etdibackend

Gürcüstan parlamenti həmin qanunu qəbul etdi

Gürcüstan parlamenti ABŞ-da qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun tərcüməsi olduğu bildirilən “xarici agentlər” qanununu üçüncü və sonuncu oxunuşda qəbul edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, plenar sessiyada keçirilən səsvermədə 86 deputat qanunun leyinə səs verib, əleyhinə səs qeydə alınmayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti yalnız hakim “Gürcü Arzusu” partiyası və hakimiyyətyönümlü “Xalqın Gücü” hərəkatının üzvlərindən ibarətdir.

Parlament müxalifəti qanunverici orqanın işində iştirakdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*