Gürcüstanda Heydər Əliyevin xatirəsi anılır – FOTObackend

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılır - FOTO

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilir.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, səfirlik, hərbi attaşe aparatı və “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, azərbaycanlı iş adamları Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Ümummilli liderin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də yad ediləcək.

Heydər Əliyevin anadan olmasının ildönümü çərçivəsində bu gün Azərbaycan səfirliyinin təşəbbüsü ilə Tbilisidə Gürcüstanın Təsviri İncəsənət Muzeyində “Gələcəyə aparan yol” adlı sərgi açılacaq. Mayın 15-dək davam edəcək sərgi Heydər Əliyevlə Eduard Şevardnadzenin dostluğuna həsr olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*