Gürcüstanda fövqəladə vəziyyət uzadıldıbackend

Gürcüstanda fövqəladə vəziyyət uzadıldı

Gürcüstanda koronavirus epidemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət mayın 10-a qədər uzadılıb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

Gürcüstanln iri şəhərləri, Tbilisi, Batumi və Rustaviyə giriş-çıxış 10 gün müddətinə qadağan edilir.

Qeyd edək ki, martın 21-də elan olunmuş fövqəladə vəziyyət aprelin 21-də bitməli idi. Bu günədək Gürcüstanda 296 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*